"İpotekaya çıxarılan mənzillərin qiyməti artıb".
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Azadov deyib. Ekspert yazın gəlişi ilə ipoteka mənzil bazarında canlanma müşahidə edildiyini bildirib:
"Bazarda təkliflə tələb üst-üstə düşmür. Bu səbəbdən də bazara təzə çıxarılan əmlakların qiyməti yuxarıdır. Bazarda alış-veriş olmalıdır. Əgər bu yoxdursa, alıcı evini bazara hansı qiymətlə çıxarırsa, satıcı onu almağa məcbur olacaq”.
Elnur Azadov bu gün bazarda ipotekaya yararlı əmlaklara təlabatın artdığını xatırladıb:
"Son illər bazarda ipotekaya yönəlmiş mənzillərin sayı çoxalıb. Mənzil bazarında qiymətlər bahalaşır. Vətəndaşlar bunu bildiyindən ipotekaya üstünlük verirlər. Məsələn, mənim ev almağa ehtiyacım var və mənzillər ilbəil bahalaşır. Son 4 il ərzində evlərin qiyməti 50% bahalaşıb. Bu, fantastik göstəricidir. Dayanmaq yoxdur. Amma vətəndaşların gəliri dəyişmir, sabit qalır. Bu səbəbdən də hamı çalışır ki, mənzili ipoteka yolu ilə alsın”.
Ekspert ipoteka yolu ilə alınan mənzillərin bəlli bir müddətdə satışının mümkün olmadığını vurğulayıb:
"Yalnız ipoteka müddəti başa çatandan sonra evlər satışa çıxarıla bilər. Getdikcə bazarlarda əmlakların sayı azalır. Bir yandan da yeni binalar tikilmir, məsuliyyət yaranır. Bu səbəbdən də əmlak seçimində qiymət də dayanmadan qalxır”.
Bahar Rüstəmli
Şərhlər