Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bir sıra mənzilləri satışa çıxaracaq.
Trend-in əldə etdiyi məlumata görə, 69 tip üzrə 1162 mənzilin satışa çıxarılması nəzərdə tutulub.
Məlumata əsasən, satışa çıxarılacaq mənzillər 70 binada yerləşir.
Nazirlik artıq qeyd olunan işlərlə bağlı müvafiq işlərə başlayıb.
Belə ki, ƏƏSMN hazırda satışa çıxarılması nəzərdə tutulan mənzillərin real bazar qiymətinin müəyyən edilməsi xidmətini göstərəcək şirkət axtarışındadır.
Nazirlik eyni zamanda sözügedən xidməti göstərəcək şirkətə 18 624 manat ödəməyə də hazır olduğunu bildirir.
Şərhlər