Bu gün futbol üzrə Avropa çempionatının daha üç oyunu keçiriləcək.
Qaynarinfo xəbər verir ki, A qrupunda bir, B qrupunda isə iki matç olacaq.
A qrupundakı Uels - İsveçrə görüşü Bakı Olimpiya Stadionunda olacaq. Bu, Azərbaycan paytaxtında gerçəkləşəcək ilk qarşılaşmadır. Fransalı Kleman Turpenin idarə edəcəyi oyun saat 17:00-da start götürəcək.
Matça təxminən 6-7 min bilet satılıb. Komandalar böyük turnirlərin final mərhələlərində ilk dəfə üz-üzə gələcəklər. İndiyədək iki yığma arasında oynanılmış 7 oyunun 5-də İsveçrə, 2-də isə Britaniya təmsilçisi qələbə qazanıb. Komandalar heç vaxt heç-heçəyə razılaşmayıb.
İsveçrə qatıldığı son 3 nüfuzlu turnirdə DÇ-2014, AVRO-2016 və DÇ-2018-də qrupdan çıxmağı bacarıb. Hər üç yarışın 1/8 finalında uduzan komanda əvvəlki uğurunu növbəti dəfə təkrarlamaq istəyir. Uels isə 2016-cı ildə Fransadakı qitə çempionatının yarımfinal mərhələsinə kimi adlayıb.
B qrupunda turnirin iddialı komandalarından, hazırda FIFA reytinqində ilk pillədə qərarlaşan Belçika Rusiya ilə, Danimarka isə Avropa çempionatının debütantı Finlandiya ilə üz-üzə gələcək.
AVRO-2020
Qrup mərhələsi
A qrupu, I tur
12 iyun
17.00 Uels - İsveçrə
Hakimlər: Kleman Türpen, Nikolya Dano, Siril Qrenqor (Fransa). Srcan Yovanoviç (Serbiya).
Bakı. Bakı Olimpiya Stadionu.
B qrupu
20.00 Danimarka - Finlandiya
23.00 Belçika - Rusiya
Qeyd edək ki, təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels matçı ilə yanaşı, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
Şərhlər