Xəbər lenti

Azarkeş öldü, oyun təxirə salındı
İdman 10:58 11.12.2023

Azarkeş öldü, oyun təxirə salındı

İspaniya La Liqasının 16-cı turu çərçivəsində baş tutan "Qranada” – "Atletik” matçında xoşagəlməz hal yaşanıb.

Qaynarinfo-nun məlumatına görə, oyun zamanı tribunada infarkt keçirən azarkeş dünyasını dəyişib. Bu səbəbdən qarşılaşma 18-ci dəqiqədə dayandırılıb və təxirə salınıb. "Nuevo Los Carmenes” stadionunda keçirilən görüşdə yaşanan xoşagəlməz haldan sonra bəzi azarkeşlərin çağırışı ilə baş hakim Migel Anhel Ortiz Arias matçı dayandıraraq, stadiondakı həkim briqadalarını köməyə çağırıb və hər iki komandanı tribunalara yönləndirib. Həkimlərin müdaxiləsinə baxmayaraq xilas ola bilməyən azarkeşin ölüm xəbəri və matçın təxirə salındığı açıqlanıb.

Qarşılaşma dayandırılan zaman "Atletik" hesabda 1:0 öndə olub. Tarixi hələ açıqlanmayan matçın elə 18-ci dəqiqədən etibarən davam etdiriləcəyi bildirilib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->