XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Azərbaycan Dəmir Yolları"nda iki direkor işdən çıxarıldı - Yeni təyinatlar
Ekonomiks15:09 20.06.2023

"Azərbaycan Dəmir Yolları"nda iki direkor işdən çıxarıldı - Yeni təyinatlar

"Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus "ADY Ekspress" MMC-nin direktoru Vüqar Mirqasımov və "ADY Konteyner" MMC-nin direktoru Natiq Cəfərov vəzifələrindən azad ediliblər.
Qaynarinfo xəbər verir ki, şirkətlərə rəhbərlik müvafiq olaraq Əkbər Mədətliyə və Rəşad Məcidova həvalə olunub.
Ə.Mədətli vaxtilə "Atəşgah Sığorta" ASC-nin İdarə Heyəti sədrinin I müavini işləyib, R.Məcidov isə bundan əvvəl "ADY Konteryner”in Biznesin inkişafı üzrə direktoru olub.
Xatırladaq ki, "ADY Ekspress" 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 911 634 manatdır. "ADY Konteyner" isə 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 000 830 manatdır.