Azərbaycanın futbol üzrə 2-ci liqasında mübarizə aparan "Lerik” 10 oyunçusu ilə yollarını ayırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Lerik” Rəvan Quluzadə, Əflatun Məmmədov, Qədir Həsənov, Nicat Səfərov, Balarza Qədirli, Rahid Ağazadə, Şəhriyar Zərbəliyev, Namiq Salayev, Xətai Ramazanlı və Məhəmməd Məmmədzadə ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
"Lerik” sözügedən oyunçulara uğurlar arzulayıb.
Qeyd edək ki, "Lerik” hazırda 2-ci liqanın turnir cədvəlində 12 xalla 11-cidir.
Şərhlər