Xəbər lenti

Ekonomiks 09:52 06.12.2023

Azərbaycan nefti cüzi ucuzlaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,06 dollar və ya 0,07% azalaraq 82,62 ABŞ dollarına enib.

Dünən hərracların nəticələrinə görə, "Brent” markalı neftin fevral fyuçersləri 77,22 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->