Xəbər lenti

Azərbaycan nefti ucuzlaşmaqda davam edir - Yeni qiymət
Ekonomiks 09:55 06.08.2026

Azərbaycan nefti ucuzlaşmaqda davam edir - Yeni qiymət

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,64 ABŞ dolları və ya 0,7 % azalaraq 91,04 ABŞ dolları təşkil edib.

Qaynarinfo xəbər verir ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,99 ABŞ dolları və ya 1,11 % azalaraq 87,89 ABŞ dolları təşkil edib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 85,28 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->