Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,13 ABŞ dolları və ya 1,71% artaraq, 126,81 dollar təşkil edib.
Hərraclarda "Brent” markalı neftin avqust fyuçersləri 112,45 ABŞ dollardan satılıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Şərhlər