Xəbər lenti

Azərbaycan Premyer Liqasında 15-ci tura start verilir
İdman 09:45 02.12.2023

Azərbaycan Premyer Liqasında 15-ci tura start verilir

Azərbaycan Premyer Liqasında bu gün 15-ci tura start verilir.

Qaynarinfo-nun məlumatına görə, turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Əvvəlcə "Araz-Naxçıvan" "Səbail"i qəbul edəcək. "Dalğa Arena"da keçiriləcək qarşılaşma 16.00-da başlayacaq. Görüşü Rəvan Həmzəzadənin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. 

Günün son qarşılaşması Tovuzda baş tutacaq. "Turan Tovuz" doğma meydanda "Sumqayıt"ı qəbul edəcək.  Saat 18.30-da Tovuz şəhər stadionununda keçiriləcək qarşılaşmanın baş hakimi Elçin Məsiyev olacaq. 

Azərbaycan Premyer Liqası, 15-ci tur

2 dekabr (şənbə)

16.00. "Araz-Naxçıvan” – "Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Rəhman İmami, Kamran Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Namiq Əliyev
"Dalğa Arena”

18.30. "Turan Tovuz” – "Sumqayıt”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Emin Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Tovuz şəhər stadionu,

"Qarabağ" - 29, "Zirə" - 28, "Sumqayıt" - 22, "Səbail" - 22, "Araz-Naxçıvan" - 21, "Neftçi" - 19, "Sabah" - 16, "Turan Tovuz" - 15, "Qəbələ" - 11, "Kəpəz" - 10

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->