İdman 15:42 29.12.2022

Azərbaycan Premyer Liqasını dəyəri müəyyənləşdi - 119 milyon...

Azərbaycan Premyer Liqasında çıxış edən klubların dəyəri müəyyənləşib.

Qaynarinfo "Transfermarkt"ın qiymətləndirməsinə istinadən xəbər verir ki, ölkə çempionatının ən bahalı heyətinə sahib klubu "Qarabağ"dır. Premyer Liqanın hazırkı liderin 26 futbolçusuna 13 milyon 480 min avro qiymət qoyulub.

İkinci yerdə "Neftçi" qərarlaşıb. "Ağ-qaralar"ın 28 futbolçusunun ümumi dəyəri 10 milyon 200 min avrodur. İlk "üçlüy"ü qapayan "Sabah"ın 27 futbolçusunun 9 milyon 380 min avro qiyməti var.

Premyer Liqanın 10 klubunun ümumi dəyəri 66 milyon 220 min avrodur. Bu isə hazırkı məzənnə ilə təxminən 119,6 milyon manat edir.

1. Qarabağ - 13.480.000 avro (26 futbolçu)
2. Neftçi - 10.200.000 avro (28 futbolçu)
3. Sabah - 9.380.000 avro (27 futbolçu) 
4. Zirə - 7.650.000 avro (25 futbolçu)
5. Qəbələ - 5.950.000 avro (25 futbolçu)
6. Səbail - 4.930.000 avro (27 futbolçu)
7. Sumqayıt - 4.730.000 avro (27 futbolçu)
8. Turan Tovuz - 4.300.000 avro (26 futbolçu)
9. Şamaxı - 3.150.000 avro (27 futbolçu)
10. Kəpəz - 2.450.000 avro (25 futbolçu)

Aydın