"Azərbaycan
real müharibə şəraitindədir”.
BunuQaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
Deputat bildirib ki, ermənilər sentyabrın 27-də səhər saatlarına atəşkəsi yenidən
pozub:
"Biz
növbəti dəfə erməni təxribatıyla üzləşdik. Bunlar vicdancasına sentyabrın 27-də
səhər saatlarına atəşkəsi pozdular. Quldurcasına Azərbaycana hücum etdilər,
bizim dinc sakinlərimizi də qətlə yetirdilər. Təbii ki, Azərbaycan tərəfi artıq
Ermənistanı xəbərdar etmişdi və bununla bağlı dünyaya da mesaj vermişdi.
Ermənistanın Müdafiə Nazirliyi əlavə ərazilər ələ keçirə biləcəklərini açıqlamışdı.
Gözləri doymur, ona görə də Azərbaycan tərəf əks-hücum qərarı verdi”.
Tahir
Kərimli qeyd edib ki, Baş Komandanın bu əmri bütün Azərbaycan cəmiyyətində,
qeyri-hökümət təşkilatlarında birmənalı olaraq müsbət qarşılanıb:
"Və
hərbi vəziyyət haqqında fərman da təsdiq olundu. Əlbəttə ki, bizim əks-hücumlarımız
davam edir. Azərbaycan tərəfi çox ağıllı, hazırlaşmış şəkildə, mümkün qədər
itkilərin az olması şərti ilə mübarizəni davam etdirir. Eyni zamanda xeyli
yüksəkliklər və kəndləri azad edib. Azərbaycan özünün vətəndaşlarının,
əsgərlərinin himayəsindədir. Ermənilər də alcaqcasına dinc sakinlərə qarşı
Cenevrə Konvensiyasının bütün müdəallarına zidd olaraq həmlələrini davam
etdirir. Azərbaycan real müharibə şəraitindədir. Hərbi vəziyyət elan olunub.
Tanrı əsgərlərimizi qorusun”.
Bahar
Rüstəmli
Şərhlər