Azərbaycan-Türkiyə təlimlərinə xüsusi təyinatlılar da cəlb edildi (FOTO/VİDEO)
Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsinə xüsusi təyinatlı bölmələr də cəlb edilib.
Qaynarinfo Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimin bu mərhələsində xüsusi təyinatlılar helikopterlərlə müəyyən edilmiş ərazilərə çatdırılma, müxtəlif relyefli ərazilərdən gizli keçməklə vacib strateji və hərbi obyektlərə basqın etmə, həmçinin əlverişli mövqelərin tutulması üzrə təlim-döyüş fəaliyyətlərini məşq ediblər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər