Azərbaycan xalqından cəbhədəki əsgərlərinə mənəvi dəstək məktubları (FOTO)
Ölkənin
bir çox bölgəsində qurulmuş mobil poçt qutularına axışan azərbaycanlılar illərdir
erməni işğalı altındakı şəhər və kəndləri xilas etmiş əsgərlərə duyğu və sevgilərini
göstərirlər.
Qaynarinfo
xəbər verir ki, bu sözlər TRT Haberin bir reportajında yer alıb. Reportajda
deyilir ki, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə qurulan poçt
qutusu hər yaşdan olan bütün vətəndaşların eyni zamanda üz tutduğu bir məkana
çevrilib.
Vətəndaşlar
"Salam əsgər" sözləriylə başlayan məktublarda əsgərlərin işğal olunmuş
bütün torpaqları xilas edəcəyinə inandıqlarını, evlərinə qalib və sağ-salamat qayıtmalarını
xahiş edirlər.
Məktublar
dövlət orqanları tərəfindən hər gün cəbhənin müxtəlif yerlərində döyüşən əsgərlərə
çatdırılır.
Qızı
ilə birlikdə əsgərlərə məktub yazan Xəyalə Hüseynova həyat yoldaşının könüllü
olaraq cəbhəyə gedən əsgərlər arasında olduğunu deyib.
Bütün əsgərlərlə
qürur duyduqlarını və həmişə uğurları üçün dua etdiklərini söyləyən Xəyalə
xanım "Buradan qızımla keçirdik. Gəl atama bir məktub yazaq, qoy əsgərlər
oxuyub sevinsin, dedi. Allah onları qorusun. Onlar olmasa evimizdə rahat yata
bilməzdik”, - deyib.
Aşıq İlgar
Nəcəfoğlu məktubunda hisslərini şeirlə dilə gətirib. Qohumlarından cəbhədə
vuruşan gənclərin olduğunu söyləyən aşıq "Hamısına uğurlar diləyirəm.
Allah əsgərlərimizi və övladlarımızı qorusun. Qəhrəmanlarımıza ürək sözlərimi
yazdım", - deyə TRT Haberə bildirib.
70
yaşlı Afət Əliyeva bunları deyib: "Uşaqlarımızın qələbə ilə qayıtmasını arzu
edirəm. Hamısı gülə-gülə analarının yanına qayıtsın. Məktubda ürəyimdən keçənləri
yazdım, onlara güc-qüvvət dilədim”.
Xatyırladaq
ki, 27 sentyabrda Dağlıq Qarabağda başlayan əməliyyat nəticəsində Azərbaycan
ordusu 4 şəhər mərkəzini, 3 qəsəbəni və 170-ə yaxın kənd və bəzi vacib təpələri
Ermənistanın işğalından azad edib.
Şərhlər