Xəbər lenti

Azərbaycanda 14 yaşdan yuxarı şəxslərə bu nəqliyyat vasitəsini idarə etməyə icazə verildi (VİDEO)
Video 23:20 25.07.2024

Azərbaycanda 14 yaşdan yuxarı şəxslərə bu nəqliyyat vasitəsini idarə etməyə icazə verildi (VİDEO)

Azərbaycanda 14 yaşdan yuxarı şəxslərə kiçik elektrik nəqliyyat vasitəsini, yəni skuteri ümumi istifadə üçün olan yollarda idarə etməyə icazə verilib.


Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişiklik təsdiqlənib.


Qanuna 14 yaşdan ümumi istifadə üçün yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ siyahısına velosiped və ya araba ilə yanaşı, kiçik elektrik nəqliyyat vasitəsi, yəni skuterlər də əlavə edilib.


Ekspert Ərşad Hüseynov deyir ki, kiçik elektrikli nəliyyat vasitələri velosipedlərə bərabər tutulan, velosipedlə eyni hərəkət rejiminə malik olan skuter və onun kimi mobil vasitələrdir.


Yaşı 14-dən aşağı olanlar isə qapalı meydançalarda, parklarda, binaların həyətlərində və digər ərazilərdə idarə edə bilərlər.


Qanunda kiçik elektrikli nəqliyyat vasitələri ilə bağlı sürət limiti də qoyulub. Belə ki, qaydalara əsasən, ümumi istifadədə olan yollarda onların maksimum sürəti 20km/saat ola bilər. Yaşayış zonalarında, həyətlərdə, parklarda və bu kimi yerlərdə isə 10km/saat sürəti aşılmamalıdır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsində məsuliyyət tədbiri də nəzərdə tutulub.


Bu nəqliyyat vasitələri dövlət qeydiyyat nişanı ilə təmin edilmir və bunu idarə etmək üçün sürücülük vəsiqəsi şərti yoxdur. Bununla belə yol polisləri qayda pozanları saxlayıb, qanunauyğun cərimə edə bilərlər. Bunu sərxoş idarə edənlər 150, narkotik vasitələrin təsiri altında idarə edənləri isə 200 manat cərimə gözləyir.


Ətraflı süjetdə:

 

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->