XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti qalxdı
Ekonomiks06:23 31.07.2021

Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti qalxdı

Azərbaycanda bu gündən etibarən benzinin qiymətinə dəyişiklik edilib.
Qaynarinfo-nun  məlumatına görə, "SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli Oxu.az-a açıqlamasında bildirib ki, səhər saat 08:00 radələrindən bütün yanacaqdoldurma məntəqələrində "Aİ-95” premium markalı benzinin 1,45 AZN-dən satışına başlanılıb.  
O əlavə edib ki, qiymət artımının əsas səbəbi məhsulun idxal dəyərinin də artmasıdır: "Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmur. Onu xaricdən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin də 5 qəpik artmasına səbəb olub”. 
Qeyd edək ki, sonuncu dəfə "Aİ-95” premium markalı benzinin qiyməti 15 qəpik artaraq 1 manat 40 qəpik olmuşdu.