Qaynarinfo.az Azərbaycanda ən çox oxunan erməni saytları ilə bağlı kiçik araşdırma aparıb.
Nüfuzlu xarici reytinq şirkətlərinin göstəriciləri əsasında aparılan araşdırma zamanı məlum olub ki, Azərbaycanda əsasən rus dilində də xidmət göstərən erməni saytları daha çox oxunur.
Araşdırmanın nəticələrini təqdim edirik:
1. News.am - Azərbaycanda ən çox oxunan erməni xəbər portalıdır. Portal erməni, rus, ingilis diliylə yanaşı türkcə xəbərlər də təqdim edir. Ermənistan hakimiyyətinə yaxın olan portal dünya və regionda baş verən hadisələri operativ təqdim edir. Cəbhə bölgəsində baş verən atışmalarla bağlı adətən ilk xəbər yayan media qurumu olur və erməni yalanlarını dünyaya xüsusi peşəkarlıqla təqdim edir.
Alexa.com reytinq saytının göstəricilərinə görə, sayt Ermənistanda 11, Azərbaycanda isə 147-cidir. Sayta daxil olanların 31 faizi Azərbaycandandır. Bu da kifayət qədər böyük rəqəm deməkdir.
2. Tert.am - Azərbaycanda ikinci ən çox oxunan erməni saytıdır. Ermənistanda baş verən olaylarla bağlı obeyktiv mövqeyi ilə seçilən sayt Qarabağ münaqişəsi məsələsində "erməni" kimi hərəkət edir.
Alexa.com göstəricilərinə gostəricilərinə görə, sayt Ermənistanda 16-cı, Azərbaycanda 624-cü pillədədir.
3. Panarmenian.net - Alexa.com-un göstəricilərinə görə, Azərbaycanda 641, Ermənistanda isə 94-cü pillədədir.
4. 1in.am - Alexa.com-da Ermənistan üzrə 14-cü pillədə olan sayt Azərbaycanda 1373-cü pilləni tutur.
5. Lragir.am - Analitik yazıları ilə seçilən və Serj Sarkisyan rejiminə qarşı müxalifətdə dayanan portal son illər Azərbaycan oxucuları arasında xeyli populyarlıq qazanıb.
Alexa.com-un göstəricilərinə görə, sayt Ermənistanda 25, Azərbaycanda 1527-cidir.
6. Armtoday.info - Son vaxtlar yenilənməyən xəbər portalı Azərbaycan oxucuları arasında populyarlığını kəskin itirib. Axırıncı dəfə sayta bir ay əvvəl xəbər qoyulub.
Alexa.com-un göstəricilərinə görə, sayt Ermənistanda 2217, Azərbaycanda 2403-cüdir.
Qaynarinfo.Az
Şərhlər