Xəbər lenti

Azərbaycanda havanın temperaturu artır- Əhaliyə xəbərdarlıq (VİDEO)
Ölkə 22:44 05.07.2024

Azərbaycanda havanın temperaturu artır- Əhaliyə xəbərdarlıq (VİDEO)

Sabah ölkə ərazisində 40 dərəcəyədək isti olacaq.


Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, sabah havanın temperaturu bu günə nisbətən daha isti keçəcək. 


Xezerxeber.az-ın məlumatına görə, gözlənilən isti hava ilə bağlı Fövqəladə Hallar, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri əhaliyə birgə müraciət yayıb.


Müraciətdə bildirilir ki, yay fəslində, o cümlədən turizm və taxıl biçini mövsümündə havaların xüsusilə isti və quru olduğu günlərdə yanğınların başvermə ehtimalı da artır. Bu səbəbdən nazirliklər əhaliyə, o cümlədən fermerlərə, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sahibkarlara və təbiət qoynunda istirahət edən vətəndaşlara müraciət edərək, onları isti keçən və insanların təbiətdəki aktivliyinin artdığı bu mövsümdə yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət etməyə çağırıb. 


Bundan başqa, ekspertlər bildirib ki, Azərbaycanda istilər 50 dərəcəyə çata bilər. Qeyd olunub ki, istilər Kür-Araz ovalığında və Aran zonasında maksimum 43-44 dərəcəyə qədər artarsa, bu o deməkdir ki, günün altında 50 dərəcədən yuxarı isti olacaq.


Çünki temperatur kölgədə qeydə alınan istiliyə görə ölçülür. 


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

 

 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->