Xəbər lenti

"Badımcan taksi"lər niyə sahibsiz qalıb?
Ölkə16:03 08.07.2024

"Badımcan taksi"lər niyə sahibsiz qalıb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda "Badımcan taksi" və ya "Bakı kebləri" kimi tanınan London taksilərinin sahibsiz qaldığı məkan diqqət çəkib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntü yayımlanıb.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq.

Agentliyin mətbuat xidmətindən oxu.az-ın sorğusuna cavab olaraq bildirildi ki, istismar müddəti bitməyən, bərpası mümkün olan və mövcud tələblərə uyğun olan nəqliyyat vasitələri mərhələli şəkildə təmir olunaraq xəttə buraxılırlar.