Xəbər lenti

Yay aylarında Bakıda kirayə mənzillərin qiyməti artdı – Səbəb nədir? (VİDEO)
Video 23:12 08.07.2024

Yay aylarında Bakıda kirayə mənzillərin qiyməti artdı – Səbəb nədir? (VİDEO)

Son illərdə yay aylarında kirayə mənzil bazarında qiymətlər enmir.


Əvvəllər iyul-avqust aylarında tələbələrin tətilə çıxması ilə əlaqədar kirayə mənzil bazarında ciddi boşqul yaranırdı. Son illərdə isə bu cür hallar müşahidə edilmir.


Ekspertlər düşünür ki, imtahan nəticələrinin daha tez bəlli olması ali məktəblərə qəbul olanların daha əvvəldən kirayə mənzil axtramasına səbəb olur. Həmçinin də tələbələrin bir çoxu yayda Bakıda qalaraq işləməyə üstünlük verir. Nəticədə də kirayə mənzil bazarında qıtlıq yaranır. Bununla yanaşı, paytaxtdakı köhnə tikililərin söküntüsü də bu bazara ciddi təsir edir.


Kirayə mənzillərin azalması ilə bərabər müraciətlərin də çox olması qiymətlərə təsir edir.


Ekspertlər bildirirlər ki, yeni tikili binalarda isə qiymətlər mənzilin kvadratmetrindən asılı olaraq formalaşır. Bir kvadratmetrin qiyməti 7-12 manat arasında dəyişir. Metro stansiyalarına yaxın ərazilərdə yerləşən mənzillərin kirayəsi daha baha, şəhərətrafı yerlərdə isə nisbətən ucuzdur.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->