Xəbər lenti

Qriqorçukun köməkçiləri bəlli oldu
Ölkə16:41 08.07.2024

Qriqorçukun köməkçiləri bəlli oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Neftçi”nin məşqçilər korpusuna yeni təyinatlar olub.

Qaynarinfo paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, litvalı Saulius Sekanaviçyus köməkçi məşqçi, italiyalı Ciordano Domeniko fiziki hazırlıq üzrə məşqçi, belaruslu Aleksandr Ajintsov isə məşqçi-reabilitoloq vəzifəsini yerinə yetirəcək.

Bunadək məşqçilər korpusunda yer alan Sənan Qurbanov və qapıçılar üzrə məşqçi Emil Babayev də baş məşqçi Roman Qriqorçukun köməkçilərindən olacaq.