Xəbər lenti

Azərbaycanda işsizlərin sayı nə qədərdir? (AÇIQLAMA)
Ekonomiks 11:10 22.05.2023

Azərbaycanda işsizlərin sayı nə qədərdir? (AÇIQLAMA)

"Göstərilən rəqəm qeydə alınan işsizlərin sayıdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasımda iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda olan işsizlərin sayı ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. Natiq Cəfərli bildirib ki, Azərbaycanda işsizliyin qeydiyyatı özü də bir problemdir:
 
"İşsiz kimi qeydiyyata düşmək üçün böyük bir əmək sərf etmək lazımdır. Ona görə də Azərbaycanda işsizlərin böyük əksəriyyəti, bəlkə də tamamına yaxını bu prosedurları keçməmək üçün isizliklə bağlı qeydiyyata düşmürlər. Başqa ölkələrdən fərqli olaraq Azərbaycanda qaydalar belədir ki, işsiz kimi qeydiyata düşməsən işsiz sayılmırsan. Bir çox ölkələrdə müraciətə ehtiyac olmur, müqavilələrin müddəti bitən kimi işsiz kimi qeydiyyatda olursan”. 
 


Ekspert Azərbaycanda vəziyyətin fərqli olduğunu qeyd edib:
 
"Azərbaycanda mütləq gərək işsiz kimi qeydiyyata düşəsən. Ona görə də Azərbaycanda işsizlərin real sayı haqqqında məlumatı bilmək çətindir, bunu ancaq təxmin edə bilərik. Təxmini rəqəmlərə görə, Azərbaycanda əmək qabiliyyətli əhalinin sayı 5 milyon yarıma yaxındır. Bunun 15%-ə yaxını işsizdir. Bu da təqribən 700- 750 min insan deməkdir. Ona görə də Azərbaycanda işsizliyin qeydiyyatı və rəsmiləşdirilməsi ilə bağlı çətin prosedurlar aradan qaldırılmalı və yaxud sadələşdirilməlidir”. 

Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Azərbaycanda işsizlərin sayını açıqlayıb. O bildirib ki, bu gün ölkədə 300 minə yaxın işsiz var. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->