Xəbər lenti

Azərbaycanda orta aylıq əmək haqqı 1000 manatı keçdi (RƏSMİ)
Ekonomiks 17:45 06.02.2025

Azərbaycanda orta aylıq əmək haqqı 1000 manatı keçdi (RƏSMİ)

2024-cü ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 8.1 faiz artaraq 1009.2 manat təşkil edib.

Qaynarinfo xəbər verir ki, İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

2025-ci il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1778.5 min nəfər olub, onlardan 882.8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 895.7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstəriblər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->