Xəbər lenti

Azərbaycanda pensiyaçılara bu xidmət pulsuz oldu
Ölkə 21:53 26.02.2020

Azərbaycanda pensiyaçılara bu xidmət pulsuz oldu

"Artıq bütün pensiyaçılarımız pensiya kartları üzrə daxilolmalar barədə məlumatları pulsuz əldə etmək üçün "SMS xəbərdarlıq” xidmətindən faydalana bilərlər".

Qaynarinfo xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

Onun sözlərinə görə, pensiya hesablarının mövcud oduğu "Kapital Bank" və "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən bu xidmət pensiyaçılar üçün pulsuz olaraq təklif olunur.

Ona görə də hər bir pensiyaçı həmin xidmətə qoşulmaqla pensiyaları hesablarına köçürülən anda bu barədə "SMS xəbərdarlıq” formasında məlumat əldə edə bilərlər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->