Xəbər lenti

Gələn həftədən tələbələrin köçürülməsi prosesi başlayacaq
Ölkə 17:25 09.07.2025

Gələn həftədən tələbələrin köçürülməsi prosesi başlayacaq

2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, elektron müraciətlərin qəbulu iyulun 15-i saat 11:00-da başlayacaq və iyulun 22-si saat 18:00-da başa çatacaq.

Köçürülmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az internet səhifəsində qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra sistemə daxil olub elektron müraciət formasını doldurmalı və təsdiq etməlidirlər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->