Xəbər lenti

Azərbaycanda peşəkar ordu sisteminə niyə keçilmir? - Hərbi ekspert
Ölkə 16:48 06.05.2022

Azərbaycanda peşəkar ordu sisteminə niyə keçilmir? - Hərbi ekspert

"Azərbaycan peşəkar ordu sisteminə keçərsə, digərləri ya ödəniş etməli, ya da ƏƏSMN və Səhiyyə Nazirliyinin müəssisələrində alternativ hərbi xidmət keçməlidirlər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Azərbaycanın peşəkar ordu sisteminə keçməsinin vacibliyindən danışarkən deyib:
 
"Müqaviləli orduya keçidlə bağlı illərdir ki, danışılır. Hətta torpaqlarımız işğal altında olan dövrdə də rahat şəkildə müqaviləli ordu sisteminə keçə bilərdik. Çünki artıq xeyli müddətdir Azərbaycan Ordusunda peşəkar ordunun elementləri tətbiq olunur. MAXE deyilən müddətdən artıq xidmət edənlər, habelə tank artileriya heyətimiz əsasən peşəkarlardan ibarətdir”. 

Ekspert bildirir kİ, çağırış sistemindən mütləq mənada imtina etməliyik:
 
"Nəhayət müqaviləli ordiya keçməliyik. Çağırış sistemini Türkiyədə olan formaya gətirməliyik. Kim xidmət etməlidir, edəcək, kim xidmət etməməlidir, onlar sadəcə olaraq Konstitusiya borcunu yerinə yetirəcək və məsələ bununla da yekunlaşmalıdır. Belələri ya ödəniş etməli, ya da Türkiyədəki kimi qısa müddətdə hərbi xidmət, yaxud da alternativ hərbi xidmət keçməlidirlər. Alternativ hərbi xidməti də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ya Səhiyyə Nazirliyinin müəssisələrində keçə bilərlər”. 

Ü. Cəfərovun fikrincə, peşəkar orduya keçilməsilə Silahlı Qüvvələrimizdə keyfiyyət əmsalı daha da güclənəcək:
 
"Bu qədər əli silahlı saxlamağa ehtiyac yoxdur. Onun 50 faizinini müqaviləli ordu sisteminə keçirməklə büdcəyə xeyli qənaət etmiş olacağıq. Peşəkar orduya keçməyimizlə Silahlı Qüvvələrimizdə keyfiyyət əmsalı daha da güclənəcək. Peşəkar hərbçi işinə özünün çörək ağacı kimi baxacaq. Ona görə də belə orduda xidmət edən şəxs işinə daha diqqətlə yanaşacaq, ona  həvalə olunan silah və hərbi sursatı göz bəbəyi kimi qoruyacaq. Bunun üçün də vaxt itirmədən müqaviləli ordu sisteminə keçməliyik. Özü də müqaviləli ordu bütövlükdə bütün güc strukturlarını, istər fövqəladə, istər daxili qoşunlar, istərsə də sərhəd qoşunları olsun, hamısını əhatə etməlidir. Onda daha ciddi nəticələrə də nail ola bilərik”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->