Siyasət 15:45 29.06.2022

Azərbaycanın ələ keçirdiyi erməni terrorçuların yaxınları Rusiya səfirliyinin qarşısında dava saldı (VİDEO)

Xocavənd rayonu Çaylaqqala kəndində əsir düşən erməni terrorçuların valideynləri və yaxınları bu gün Rusiyanın İrəvandakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirib.

Qaynarinfo xəbər verir ki, onun yaxınları Rusiya səfiri ilə görüş tələb edib.

"Zəng edin, qoy kimsə səfirlikdən gəlsin. 15 dəqiqə bizi qulaq asa bilməzlər?", deyə valideynlərdən biri bildirib.

Polis onları "lazımsız gərginlik" yaratmamağa çağırıb. Bir müddət sonra əsir valideynlər və polis arasında dava düşüb. Valideynlər səfirliyə daxil olmaq istəyiblər. 

Xatırladaq ki, Nikol Paşinyan onlayn mətbuat konfransı zamanı məsuliyyəti Rusiyanın sülhməramlı missiyasına bağlayaraq "Rusiya sülhməramlılarının yerləşdirilməsindən sonra və onların cavabdehlik zonasında təsdiqlənmiş əsirlərin 90%-i və daha çoxunun götürüldüyünü” demişdi. Məhz bundan sonra qohumlar Rusiyanın səfirliyi qarşısında etiraz aksiyasına başlayıblar.

Telman