Xəbər lenti

Sənət 10:50 02.04.2021

Azərbaycanlı filoloq beynəlxalq konfransda iştirak etdi

Bu günlərdə Ukrayndakı Oles Honçar Dnepr Milli Universitetində "Dəyişən Dünyada Təhsil və Elm: Problemlər və İnkişaf perspektivləri” adlı elmi konfrans keçirilib.


Qaynarinfo xəbər verir ki, konfransda ölkəmizi yazar, filologiya üzrə fəlsəfə doktoru Nargis İsmayılova təmsil edib. O, tədbirdə "İlqar Fəhmi və postmodernizm” mövzusu ilə iştirak edib. Konfransın mətnləri 2 cildlik elmi topluda işıq üzü görərək beynəlxalq elmi bazalara yerləşdirilib.

 

Azərbaycan yazıçılarının xaricdə tanıdılması baxımından əhəmiyyət daşıyan məqalədə İlqar Fəhminin romanları postmodernizim kontekstindən elmi tədqiqata cəlb olunaraq xarici tədqiqatçılara təqdim olunub.

 

Xatırladaq ki, üçüncü dəfə keçirilən "Dəyişən Dünyada Təhsil və Elm: Problemlər və İnkişaf perspektivləri” adlı elmi konfransı Ukrayna Təhsil və Elm Nazirliyi, Orta Şərq Texniki Universiteti (ODTÜ), Foscari Venice University (italiya), Ukrayna Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutu, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antropologiya Mərkəzi, M.P.Dragomanov adına Milli Pedaqoji Universitet və Oles Honçar adına Dnepr Milli Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->