İdman 19:00 26.09.2022

Azərbaycanlı funksioner Rusiya klubunun idman direktoru oldu

Rusiyanın "Ximki" klubunun yeni idman direktoru açıqlanıb.

Qaynarifno "Report”a istinadən xəbər verir ki, bu vəzifəyə Anar Məmmədov təyin edilib.

Azərbaycanlı futbol funksioneri daha əvvəl klubun seleksiya şöbəsində çalışıb.

Qeyd edək ki, "Ximki" 10 turdan sonra 8 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.