Video 13:09 26.11.2023

Azərbaycanlı reperin konsertində iğtişaş: Xüsusi təyinatlılar gəldi (VİDEO)

Ötən gün Azərbaycan əsilli məşhur reper Jah Xalibin (Bəxtiyar Məmmədov) Daşkənd konsertində qalmaqal yaşanıb.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ifaçının pərəstişkarlarının aldıqları biletlərin çoxu saxta çıxıb. 

Konsertə buraxılmayan vətəndaşlar kütləvi dava salıblar.

Özbəkistan Milli Qvardiyasının xüsusi təyinatlı dəstəsi ictimai asayişi qorumaq üçün əraziyə cəlb olunub. Qurumun mətbuat xidməti hadisəni iğtişaş adlandırıb:

"İctimai asayişi pozmaqda şübhəli bilinən şəxslər Milli Qvardiyanın əməkdaşları tərəfindən konsert zalından çıxarılıb, baş verə biləcək neqativ halların qarşısı alınıb, xəsarət alan olmayıb. Hadisələrlə bağlı araşdırma aparılır".