SOCAR "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyaları davam edir.
Qaynarinfo xəbər verir ki, növbəti həftə (12-13.09.2022 və 15-16.09.2022 tarixləri) saat 11:00-dan 12:00-dək daha 1 şəhər və 3 rayonda "Azəriqaz" İB-nin "Açıq mikrofon” aksiyaları keçiriləcək.
Aksiya həftənin 1-ci günü İmişli rayonunda (Olimpiya İdman Kompleksi), 2-ci günü Sabirabad rayonunda (Heydər Əliyev Mərkəzi), 4-cü günü Şirvan şəhərində (İcra Hakimiyyətinin yanı), 5-ci günü isə Saatlı rayonunda (Gənclər Mərkəzi) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq "Açıq mikrofon" aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
Şərhlər