"Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon” aksiyası Neftçala rayonunun sakinləri üçün keçirilib.
Birlikdən Qaynarinfo-ya verilən məlumata görə, müştəri məmnuniyyətinin qorunması istiqamətində keçirilən tədbirdə təbii qazdan istifadə edən istehlakçılar onları maraqlandıran suallarına cavab tapıblar.
Qaz sayğacının quraşdırılması, fərdi qazlaşdırma və qaz kəmərinin yerinin dəyişdirilməsi və s. kimi suallar ünvanlayan sakinlərin hər birinin müraciəti aksiyada iştirak edən Birlik nümayəndələri tərəfindən qeydə alınıb.
Nəzərinizə çatdırırıq ki, növbəti aksiya avqust ayının 3-də Şirvan şəhərində keçiriləcək.
Şərhlər