Xəbər lenti

“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Salyanda keçiriləcək
Ekonomiks 18:08 28.11.2022

“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Salyanda keçiriləcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü dekabrın 1-də Salyan rayonunda keçiriləcək.

Qaynarinfo-nun "Azəriqaz”a istinadən verdiyi məlumata görə, görüş İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə "Açıq mikrofon” aksiyası çərçivəsində təşkil olunacaq.

Aksiya Təzəkənd ərazisində qazpaylayıcı stansiyanın (QPS) qarşısında baş tutacaq. "Səyyar qəbul otağı” saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq, müvafiq qərarlar veriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->