Xəbər lenti

Ekonomiks 15:30 18.09.2023

“Azəriqaz” sahibkarlarla növbəti görüşü Balakəndə keçirəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü Balakən rayonunda keçiriləcək.

Qaynarinfo-nun "Azəriqaz”a istinadən verdiyi məlumata görə, İstehsalat Birliyinin İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndəsinin iştirakı ilə "Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Balakən rayonunda görüşü təşkil olunacaq.

Aksiya Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq. "Səyyar qəbul otağı” sentyabrın 20-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->