Xəbər lenti

“AzInTelecom”da yeni təyinat
Ölkə 09:35 13.02.2024

“AzInTelecom”da yeni təyinat

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən "Azerbaijan International Telecom” MMC-nin (AzInTelecom) Marketinq şöbəsinə yeni rəhbər təyin edilib.

Qaynarinfo-nun Qafqazinfo-ya istinadən məlumatına görə, bu vəzifəyə Murad Əhmədov gətirilib. Onun bu ilin fevralından Marketinq şöbəsinin direktoru kimi işə başladığı bildirilir. 

Daha əvvəl isə həmin vəzifədə Aynurə Seyidova çalışıb.

Qeyd edək ki, M. Əhmədov 2023-cü ildə "AzInTelecom”un Korporativ kommunikasiya və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri təyin edilmişdi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->