Xəbər lenti

Bağçada azyaşlıya şiddətlə bağlı araşdırma başladı (VİDEO)
Video 18:43 10.02.2025

Bağçada azyaşlıya şiddətlə bağlı araşdırma başladı (VİDEO)

Bakıda uşaq bağçasında tərbiyəçinin azyaşlıya şiddət göstərməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntü yayılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, görüntülərlə bağlı müvafiq polis orqanında araşdırma aparılır.

Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

Qeyd edək ki, hadisə baş verən özəl uşaq bağçasının Nizami rayonu ərazisində yerləşdiyi bildirilir.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->