Xəbər lenti

Aqrar Kredit və İnkişaf Agentliyinin bu qərarı qanunsuz imiş
Ekonomiks 17:45 10.02.2025

Aqrar Kredit və İnkişaf Agentliyinin bu qərarı qanunsuz imiş

Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyi 7,3464 hektar torpaq sahəsi olan fermerə əkin üzrə subsidiya vermir.

Qaynarinfo-nun məlumatına görə, Şəki Rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli 59 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə S.K. adlı fermerə və onun ailəsinə Şəki rayonunun Qozlubulaq kəndində yerləşən 7,34 hektar torpaq sahəsi verilib.

Ailə Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət edərək, onlara məxsus torpaq sahəsi üçün əkin üzrə subsidiyanın verilməsini xahiş edib. Agentlik əkin sahəsinə görə digər illər üzrə subsidiyanın verilməsini təmin etsə də, 2022-2023-cü il üzrə həmin məsələnin həllindən imtina edib. İmtina 2024-cü ildə də baş verib. 

Fermer isə məhkəməyə müraciət etməyə məcbur olub. Sözügedən qurum isə məhkəmədə iddia edib ki, 7,3464 hektar torpaq sahəsindən istifadə hüququna dair məlumatlar S.K. adlı fermerə aid olması təsdiqlənmədiyi üçün həmin torpaq sahəsi üzrə əkin subsidiyaların verilməsi dayandırılıb. 

Məhkəmə isə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin femerə subsidiyaların verilməsinə dair imtinanı qanunsuz hesab edib. Fermerə 2022-2023-cü və növbəti əkin ili üzrə ayrılmış subsidiyanın ödənilməsi öhdəliyi agentliyinin üzərinə qoyulub. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->