Xəbər lenti

İsrail Qəzzada daimi atəşkəs üçün şərtləri açıqladı
Dünya 22:20 10.02.2025

İsrail Qəzzada daimi atəşkəs üçün şərtləri açıqladı

"Qəzzada daimi atəşkəs girovların azad edilməsi və HƏMAS hərəkatının aradan qaldırılmasından sonra mümkündür".

Qaynarinfo xəbər verir ki, bunu İsrail hökumətinin rəsmi nümayəndəsi David Mentzer bildirib.

"Bizim əsas məqsədimiz daimi atəşkəsdir. HƏMAS Qəzzada hakimiyyətdə qalmamalıdır", deyə rəsmi bildirib.

Mentzer vurğulayıb ki, anklav silahsızlaşdırılmalı və deradikallaşdırılmalıdır.

Bu ərəfədə İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-a səfəri zamanı xüsusi videomüraciətində bəyan edib ki, İsrail HƏMAS hərəkatını aradan qaldırmaq və Qəzza zolağında radikalların əlində olan bütün girovları geri qaytarmaq niyyətindədir. O, həmçinin vurğulayıb ki, ABŞ prezidenti Donald Tramp İsrailin girovları qaytarmaq və Qəzzada HƏMAS-ı məhv etmək səylərini tam dəstəkləyir.

Bu il yanvarın 19-da Qəzza zolağında atəşkəs qüvvəyə minib. 42 gün davam edəcək atəşkəsin birinci mərhələsi çərçivəsində HƏMAS-ın bütün qadın və uşaqlar da daxil olmaqla 33 israilli girovu azad edəcəyi gözlənilir. İsrail buna cavab olaraq azad edilmiş hər mülki şəxs üçün 30, hər əsgər üçün isə 50 fələstinli məhbusu azad edəcək.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->