Xəbər lenti

Misli Premyer Liqası: “Neftçi” səfərdə “Zirə”yə qalib gəldi
İdman21:35 10.02.2025

Misli Premyer Liqası: “Neftçi” səfərdə “Zirə”yə qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Futbol üzrə Misli Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, "Zirə” evdə "Neftçi”ni sınağa çəkib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin yeganə qoluna 90+2 dəqiqədə Ruan Renato imza atıb. Bakı təmsilçisinin heyətində isə 88-ci dəqiqədə Emin Mahmudov, 90+3-cü dəqiqədə Ervin Koffi fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 24-ə çatdıran "Neftçi" altıncı pilləyə yüksəlib, "Zirə" isə 39 xalla üçüncü sırada qalıb.

Günün "Araz-Naxçıvan" və "Kəpəz" komandaları arasında oynanılan ilk görüşündə isə qapılara qol vurulmayıb.

Qeyd edək ki, XXII turun əvvəlki oyunlarında "Sumqayıt” səfərdə "Şamaxı”ya 1:0, "Turan Tovuz” isə "Sabah”a 1:2 hesabı ilə uduzub. Tura fevralın 11-də keçiriləcək "Qarabağ"-"Səbail" matçı ilə yekun vurulacaq.