Xəbər lenti

Üç şəhərin regional idarələrinə yeni rəislər təyin edildi
Ölkə 19:42 10.02.2025

Üç şəhərin regional idarələrinə yeni rəislər təyin edildi

Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin üç regional mühafizə idarəsinə yeni rəislər təyin edilib.


APA-nın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Tovuz Regional Mühafizə İdarəsinin rəisi polkovnik Elçin Əsgərov Gəncə Regional Mühafizə İdarəsinə, Gəncə Regional Mühafizə İdarəsinin rəisi polkovnik Seymur Sadıqov Şirvan Regional Mühafizə İdarəsinə, Şirvan Regional Mühafizə İdarəsinin rəisi polkovnik Əfqan Hüseynov isə Mingəçevir Regional Mühafizə İdarəsinə rəis təyin edilib.


Tovuz Regional Mühafizə İdarəsinə isə təyinat olmayıb.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->