XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi
Ölkə17:12 09.08.2024

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

ADY sərnişin tələbatını təmin etmək məqsədilə 15 və 16 avqust tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Bu barədə Qaynarinfo-ya ADY-dən bildirilib.

Həmçinin Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər etmək mümkündür.

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, (www.ady.az), "ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək olar.

Qeyd edək ki, 7 və 8 avqust tarixlərində də bu xətt üzrə reyslərin sayı artırılıb.