Xəbər lenti

Bakı metrosunda nə baş verib?
Ekonomiks 18:22 15.05.2024

Bakı metrosunda nə baş verib?

"Bakı metrosunda yaşıl xətt üzrə "Nizami" stansiyasından "28 May" stansiyası istiqamətində hərəkətə başlayan qatarın maşinistinə salonda bir sərnişinin halının pisləşməsi barədə məlumat verilib və qatarın dayandırılması tələb olunub.

Bu barədə Qaynarinfo-ya "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Maşinist qatarı təcili əyləcləmə edərək dayandırıb. Sərnişinlər vaqonun qapılarının "qəza-açma kranı"ndan istifadə edərək, sərnişini platformaya çıxarıblar.

Maşinist məcburi qaydada sonuncu vaqona qədər gedərək, "qəza-açma kranı"nı yerinə qaytarıb və kabinaya dönərək hərəkəti bərpa edib.

Nəticədə, 10 dəqiqə yubanma yaranıb. Hazırda yubanmanın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->