Bakı-Sumqayıt yolunda yaranan sıxlığın nəzərə alınaraq yeni avtomobil yolunun çəkiləcəyinə dair məlumatlar paylaşılıb.
Bu yol ilə paytaxtın ikinci şimal giriş-çıxışının yaradılacağı söylənib.
Sözügedən yolun tikintisinin Nazirlər Kabinetinin 2024-cü il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Avtomobil yollarının layihələndirilməsi, tikintisi, əsaslı təmiri və yenidən qurulması zamanı işlərin əlaqələndirilməsinə dair Vahid Fəaliyyət Planı"nda nəzərdə tutulan tədbirlər siyahısına daxil olduğu qeyd olunub.
"Vahid Fəaliyyət Planı"nda yeni Bakı-Sumqayıt yolunun 2024-2027-ci illər ərzində tikintisi nəzərdə tutulduğu bildirilib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında vurğulayıb ki, hazırda Bakı-Sumqayıt istiqamətində yeni avtomobil yolunun tikintisinə dair layihə yoxdur:
"Sözügedən yolun çəkilməsi üçün yer yoxdur. Bakı şəhərində nəqliyyatının təkminləşdirilməsi ilə bağlı dövlət proqramı var. Hazırda sadəcə burada yer alan layihələrin icrası işləri aparılır. Bundan başqa hər hansı yenilik yoxdur. Bu proqram da 2025-2030-cu illəri əhatə edir. Burada da hər hansı yolun çəkilişinə dair bir layihə yoxdur".
Şərhlər