Xəbər lenti

Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödənildi
Ekonomiks 15:24 07.03.2025

Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödənildi

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mart ayının pensiyaları qrafikdən əvvəl ödənilib.

Bu barədə Qaynarinfo-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Respublikanın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları, bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da qarşıdan gələn bayramlarla əlaqədar olaraq bu ay qrafikdən əvvəl ödəniləcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->