Xəbər lenti

Ölkə 09:41 28.06.2023

Bakıda bayram namazı qılınır (YENİLƏNİB)

Bakıda Qurban bayramı münasibətilə namaz qılınır.

Təzəpir məscidində bayram namazı saat 09:13-də qılınır.

Bu il Azərbaycanda Qurban bayramı iyunun 28-i və 29-u qeyd olunur.

Həmçinin qeyd edək ki, islam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən, Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.

Xatırladaq ki, bayram namazı Əjdərbəy məscidində və Göy məsciddə 08:00-də qılınıb.
 
 08:10

Bakıda Qurban bayramı ilə bağlı bayram namazı qılınır.

"Report"un xəbərinə görə, "Əjdərbəy” məscidində bayram namazı saat 08:00-da başlanıb.

Namazda əhali və bir sıra din xadimləri iştirak edir.

"Təzə Pir” məscidində isə bayram namazı saat 09:00-da qılınacaq.

Xatırladaq ki, bu il Azərbaycanda Qurban Bayramı 28-29 iyun tarixlərində qeyd olunur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->