Bakıda canavarın hücum çəkdiyi şəxs: "Boğub öldürdüm, sonra yandırdım" (VİDEO)
"Maqazindən gəlirdim. Siqaret almağa getmişdim. Üstümə gəlib hücum çəkdi".
Qaynarinfo Report-a istinadla xəbər verir ki, bu sözləri canavarın hücumuna məruz qalmış Maştağa qəsəbəsi, "Savalan” yaşayış massivində yaşayan 1966-cı il təvəllüdlü Cahangirov Camal Fəxrəddin oğlu deyib.
Xəsarət alan şəxs bildirib ki, canavarı boğub öldürüb: "Sonra yandırdım. İt deyildi, canavar idi".
Xatırladaq ki, Bakıda canavar yerli sakini dişləyib. Hadisə Sabunçu rayonunda qeydə alınıb.
Maştağa qəsəbəsi, "Savalan” yaşayış massivində 1966-cı il təvəllüdlü Cahangirov Camal Fəxrəddin oğlu canavarın hücumuna məruz qalıb. Yırtıcı onun bədəninin hər iki yuxarı ətrafına xəsarət yetirib. C.Cahangirov təcili yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb.
Şərhlər