Foto 23:14 04.09.2022

Bakıda Xalq artisti Tofiq Quliyevin abidəsinin postamenti quraşdırılır (FOTO)

Görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin abidəsinin postamenti quraşdırılır.

Qaynarinfo xəbər verir ki ərazidə işçilər son quraşdırma işlərini həyata keçirir. Yaxın günlərdə abidənin ucaldılacağı gözlənilir.
 
Qeyd edək ki, abidə köhnə "Bakı” Mehmanxanasının yerində salınmış parkda ucaldılacaq.

Abidənin müəllifi heykəltaraş Tural Rzaquliyevdir.