Xəbər lenti

Bakının bəzi ərazilərində su olmayacaq
Ekonomiks 14:58 03.01.2025

Bakının bəzi ərazilərində su olmayacaq

Magistral su xəttində baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Nəsimi və Yasamal rayonlarının bəzi ərazilərinə suyun verlməsində fasilə yaranacaq.

Bu barədə Qaynarinfo Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.

"Magistral su xəttində baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar 3 yanvar saat 22:00-dan 4 yanvar 11:00-dək Nəsimi və Yasamal rayonlarının bəzi ərazilərinə suyun verlməsində fasilə yaranacaq", - məlumatda qeyd olunur.





Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->