Yanacağın qiymətinin artması taksilərlə rayon və şəhərlərarası sərnişindaşıma qiymətlərindən də yan keçməyib.
Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, qiymətlərdə artım müşahidə edilir.
Gəncədən Bakıya və ətraf rayonlara sərnişin daşıyan taksi sürücüləri qiymətləri artırdıqlarını etiraf edirlər.
Burada qiymət artımı 50% civarındadır. İndiyədək Bakıya 1 sərnişinin 10 manata daşındığı Quba avtovağzalında da qiymətlər 15 manata yüksəlib.
Bənzər mənzərəni Lənkərandan Bakıya işləyən taksilərdə də müşahidə etmək mümkündür.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/xSMJFWG5ZDo" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">
Şərhlər