Xəbər lenti

Video 13:15 20.11.2023

"Barselona"nın ulduzu AVRO-2024 və Olimpiadanı buraxa bilər (VİDEO)

İspaniya millisinin yarımmüdafiəçisi Qavi AVRO-2024-ün seçmə mərhələsində Gürcüstanla oyunda zədələnib.

Qaynarinfo xəbər verir ki, matçın 23-cü dəqiqəsində ayağı üstə yerə enən 19 yaşlı futbolçu dərhal dizindən yapışıb.

"As" xəbər verir ki, ilk tibbi müayinə Qavinin ön çarpaz bağının yırtıldığını göstərib.

Bu məlumat MRT nəticələri ilə təsdiqlənərsə, oyunçu 6-8 ayı buraxacaq. Bununla da o, Avropa çempionatında və Olimpiadada çıxış edə bilməyəcək.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->